Televiktorinada düyməni vaxtında basa bilməyən iştirakçı qəzəbindən studiyanı dağıdıb.
Bu barədə “Independent” kadrlar yayımlayıb.
Bildirilir ki, “Gettu Betr” verilişində rəqibi tərəfindən bir saniyə qabaqlanan islandiyalı iştirakçı özünü ələ ala bilməyib və qarşısındakı podiumu itələyib. Şüşə konstruksiya döşəməyə düşərək parça-parça olub.
Kadlardan görünür ki, viktorinanın aparıcısı Kristyana Arnarsdottir və qonaqlar iştirakçının davranışından şoka düşüb.
Mənbə: www.oxu.az