Daşkənddə azərbaycanlı yazıçının romanı özbək dilində çapdan çıxıb

 

Daşkənd, 25 fevral, АZƏRTAC

Daşkənddəki “Yanqi asr avlodi” nəşriyyatı Azərbaycan yazıçısı Varisin “Sənə inanıram” romanını özbək dilində çap edib.

AZƏRTAC xəbər verir ki, romanı orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, yazıçı və tərcüməçi Rüstəm Cabbarov çevirib.

Rüstəm Cabbarov Varisin digər romanı - “Sonuncu ölən ümidlərdir” əsərini də özbək dilinə tərcümə edib və çapını gözləyir.

Xatırladırıq ki, Varisin kitabları Özbəkistandan başqa Rusiya, Türkiyə və digər ölkələrdə də çap olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

AZERTAG.AZ :Daşkənddə azərbaycanlı yazıçının romanı özbək dilində çapdan çıxıb

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Təxirə salınmış bir oyunda meydan sahibləri qələbə qazanıb

SONRAKI XƏBƏR

Hansı vaksin daha effektlidir? - Həkimdən açıqlama