Nisə Qasımova "Leyli və Məcnun" arzusundan danışıb

Nisə Qasımova "Leyli və Məcnun" arzusundan danışıb

Xalq artisti Nisə Qasımova yaradıcılığı ilə bağlı etiraf edib.

Redaktor.az xəbər verir ki, müğənni "Gündən-günə" proqramında qonaq olarkən onu Akademik Opera və Balet Teatrının səhnəsinə çıxmağa qoymadıqlarını deyib.

O bildirib ki, 1977-ci ildə Məmmədbağır Bağırzadə ilə "Leyli və Məcnun" operasını hazırlayıblar. Amma tamaşanın premyerasına icazə verilməyib:

"Dedilər ki, yeni mövsümdə Leylini Nisə, Məcnunu Məmmədbağır ifa etsin. Arzum idi həmin rol. Premyeraya az qalmışdı, xəbər gəldi ki, ora getməyəcəksən. Bütün Leylilər etiraz edib ki, müasir, sarısaç Leyli gəlir. Məni lağa qoydular ki, belə Leyli olmaz. İndi həmin Leyli ifaçılarının bəzisi dünyasını dəyişib, bəzisi sağdır. Həmin Leylilər dedilər, Nisənin ayağı bura dəyməyəcək".

//Axşam.az

Mənbə: redaktor.az