Mehriban Zəki “YouTube” üçün seriala çəkilir - Video

Mehriban Zəki “YouTube” üçün seriala çəkilir  - Video

 

Azərbaycanda “YouTube” platformasında yayımlanacaq serial çəkilir. “Qafqazinfo” xəbər verir ki, baş rolu Xalq artisti Mehriban Zəkinin canlandıracağı ekran işi 7 bölümdən ibarətdir.

“ŞeirSən” adlı layihə şair və psixoloq arasında baş verən münasibətlərə həsr olunub.

Psixoloji dram janrında çəkilən serialın rejissoru, ssenari müəllifi Nihad İsadır.

Qeyd edək ki, N. İsa 2016-2019-cu illərdə İstanbulda yaşayıb, “Ay yapım” , “Netflix Turkey” (Aşk 101), BLU TV kimi böyük şirkətlərlə əməkdaşlıq edib.

 

 

Mənbə: qafqazinfo.az