Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya ilə müğənni Mert Demirin ayrıldığı iddia olunur.
Bu barədə məlumatı türkiyəli jurnalist Akif Yaman yayıb.
Məlumata görə, dəfələrlə ayrılıq iddiaları ilə gündəmə gələn cütlük bu dəfə yollarını ayırmaq qərarına gəlib. Onların münasibətlərini dostcasına sonlandırdığı bildirilib.
İkili münasibətləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Ayrılığın səbəbi barədə də məlumat yoxdur.
Qeyd edək ki, S.Sarıkaya ilə M.Demir 2023-cü ilin sonlarında sevgili olublar. Daha əvvəl də barələrində bir neçə dəfə ayrılıq xəbərləri yayılsa da, cütlük münasibətini davam etdirib.


Mənbə: qafqazinfo.az