Ya heyvan, ya manyak, ya tanrı, ya da heç biri…

Ya heyvan, ya manyak, ya tanrı, ya da heç biri…

Buyaxınlarda gənc bir qızın intiharında ailəsi günahlandırıldı.

Övladıənənəyə qurban etmək qədim ənənədir. Kafkanın "Ölüm hökmü” əsərində ata onaqulaq asmayıb sevdiyi qızla evləmək istəyən oğluna ölüm hökmü verir; onuintihar etməyə məcbur edir. Və oğul bu hökmü yerinə yetirir, özünü suda boğur.

Adətən,zəngin ailələr övladlarını maddi, yoxsul ailələr mənəvi miras uğrunda öldürürlər.

Hələiki min beş yüz il əvvəl Aristotel yazırdı ki, insan tək yaşaya bilmək üçün yaheyvan olmalıdır, ya tanrı. Bu gün də cəmiyyətdən uzaqlaşan, tək qalaninsanlarda biz bunu müşahidə edirik; təklər ya bütün insani dəyərlərini itiribheyvanlaşır, vəhşiyə, manyaka çevrilirlər, ya da bu dəyərləri ağlın nəzarətindənçıxarıb özləri ilə birlikdə ruhani azadlığın öhdəsinə buraxırlar. Nə heyvan, nəmanyak, nə tanrı ola bilməyib insan olaraq tək qalanlar isə özlərini öldürürlər.

İnsansürüyə məhkumdur, doğulandan başqalarının köməyinə ehtiyac duyaraq yaşayır, taölənəcən. Bu hal onun ağ beyinlə doğulması ilə bağlıdır. İnsan, heyvan kimi təcrübələryüklənmiş beyinlə doğulmur, insanın beyninin müəllifi sürüdür, cəmiyyətdir. Bucəmiyyəti insanın ilk illərində ailə təmsil edir.

 

Heyvanın öz balasına ana bətnindəykənötürdüyü bütün həyat təcrübələrini insan öz balasına doğandan sonra öyrədir.Ona görə də dayça doğulan kimi at olduğunu bilir, amma bizim yetmiş beş yaşlışair yazır ki, hələ də bilmirəm kiməm. Biz dünyaya gələndə valideynlərimizdənaldığımız heç bir irsi mirasa sahib olmuruq, bu miras bizə sonradan "yüklənir”.Bunun nəticəsidir ki, Keniyada doğulan Obama iki dənə qoyunu güdə bilmir, ABŞ-dadoğulan Obama dünyanı idarə edir.

 

 

Proqramsızbeyin səbəbindən insanın ailəsindən ayrılma müddətdi 18-20 il çəkir. İnsanböyütmək üçün kifayət qədər uzun müddətdir. 18 yaşından sonra da övladı güdməkonu böyüdə bilməməyin əndişəsidir. Əsl həngamə də ailə ilə ayrılıqdan sonrabaşlayır. Fərd bir anda ailə və cəmiyyət arasındakı ziddiyyətlərin burulğanınadüşür. Cəmiyyət ilk növbədə ailənin övladından gizlədiyi bütün sirləri ona açır,onun öz ailəsinə etibarını, inamını sarsıdır. Ailədə televizorda da öpüşməkqadağan idi, cəmiyyətdə isə öpüşə bilməyən adama gülürlər. Hansı daha səmimi vədoğrudur? Mübarizə başlayır; fərd artıq ailədən ayrılıb, cəmiyyət isə onu bubeyinlə qəbul etmir.

 

 

Beləliklə,bir-birinin acığı üzərində qurulan ailə və cəmiyyətin qurbanı olan azərbaycanlıayrılıq yaşı dediyimiz 18-20 yaşa gəlib çatanda qəfildən ortalıqda tək qalır;ailəsindən ayrılmalıdır, o, artıq bir fərddir, cəmiyyət isə onu bu beyinlə qəbuletmək istəmir. Onu format etmək, ailənin yüklədiyi beyini silib, cəmiyyət beyniyükləmək lazımdır. Axmaq ailələr uşaqlarına axmaq beyin yüklədiyi kimi, axmaq cəmiyyətlərdə fərdə axmaq beyin yükləyir.

Buradaçox vacib bir məqamı vurğulamaq lazımdır; bəzən ailələr günahı cəmiyyətdəgörürlər, yəni biz yaxşıyıq, cəmiyyət pisdir. Mümkün deyil! Cəmiyyəti pis edənoradakı pis ailələrin çoxluğudur. Ailələrin yaxşı, cəmiyyətin pis olduğu birmühitə tarixdə rast gəlinməyib. Cəmiyyət zaydırsa, ailə institutu zaydır.

İstisnalarilluziyalardır!

 

 

Cəmiyyətəinteqrasiya cənnətə düşməkdən daha cətindir bütün mühafizəkar cəmiyyətlərdə.Çünki mühafizəkar düşüncə üçün iki rəng var; ağ və qara. Qadınsansa, cəmiyyətəya ana kimi daxil ola bilərsən, ya fahişə kimi. Kişisənsə, ya peysərsən, yalotu. Bunların heç biri olmaq istəmirsənsə, qaçmalısan, gözə görünməməlisən,yoxa çıxmalısan oralardan. İntihar bu seçimlərdən biri olur bəzən; radikalpessimizmin ani qərarı!

İdeolojiağırlığı olan təhsilin köməkliyi ilə nəyisə dəyişmək olar, amma düzlətməkolmaz. İnsan yetişdirmək təhsilin deyil, mədəniyyətin məqsədi olmalıdır. Əgər mədəniyyətinbelə məqsədi yoxdursa, heç bir təhsil sisteminin faydası yoxdur.

 

 

Mənidüşündürən məsələlərdən biri də Azərbaycanda intihar edən insanların əksərhallarda şəxsi əhvalatının olmamasıdır. İntihar edənlərin çoxunun heç bir özəl macərasıyoxdur. Bizimkilər, adətən, intihar etmirlər, öz əlləri ilə özlərini öldürməyəməcbur edilirlər. Bizim qurbanların əhvalatı intihardan əvvəl deyil, sonrabaşlayır. Hətta milli qurbanların çoxu öz əhvalatını yaratsın deyə intiharedir. Şəxsiyyətini həyatı bahasına təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanda,hətta dost mühitində də "niyə ölmürsən" deyə zarafatyana bir sualvar. Yəni niyə boş-boşuna yaşayırsan, niyə ölüb özünü mazata mindirmirsən?

 

 

Avropadediyimiz, son beş yüz il ərzində, Arnold Toynbiyə görə, 16 mədəniyyəti məhv, 9mədəniyyəti iflic edən "qoca qitə”də hər şey özünü mədəniyyətin alternativikimi görən, onu öz boyu ilə məhdudlaşdırmağı bacaran ailə institutuna hücumla dəyişdi.

İlkhücum edən şəxs Karl Marks idi ki, bu gün mühafizəkar avropalılar bununqisasını vaxtaşırı əllərinə çəkic-balta götürüb onun və ailə üzvlərininLondondakı Hayqeyt qəbiristanlığındakı qəbirlərinə xəsarət yetirməklə alırlar.

 

 

Ondoqquzuncu əsrin əvvəllərindən başlayaraq Avropada qitə sərvətləri və qitəyədaşınan sərvətlər kapitalist ailələr arasında bölündü və bu sərvətlərin əldənçıxmaması, başqalarının əlinə keçməməsi üçün burjua ailə institutunu qala kimiqorumağa başladı. Kilsə mövqeyini tamam itirdi, onun yerinə mənəvi varisi kimiailə əxlaqı əyləşdi. Artıq kütlənin həmrəyliyinə dini icma yox, ailə institutucavabdehlik daşıydı, ictimai münasibətləri, sosial davranışları ailə idarə edirdi.O, kütlənin və kütləvi olanın əksinə gedənləri sürüyə qaytarır, mühakimə edir,özünə xidmət edənləri mükafatlandırır, boyun əyməyənləri cəzalandırırdı. Fərdəvə fərdi olana nəzarət indi ailənin əlində idi.

 

 

Modernistlərbu sosial, ictimai səlahiyyətləri ailədən alıb cəmiyyətə verdilər.

 

 

Budövr, Avropanı sənət və sənətçi üsyanlarının bürüdüyü dövrdür. Qitə tarixinəquşbaxışı baxan hər kəs görə bilər ki, axırınca Renessansdan (XV-XVI əsr), feodalizminsüqutdan sonra dini icmalar şəklində dağılanlar sənaye dönəmində yenidənkapitalist ailələr şəklində yığışıblar. Vaxtilə dini icmanın düşməni elanolunan fərd bu dəfə kapitalizmin düşməni elan olunub.

 

 

Diniicmanın hədəfində olanlar daha çox filosoflar, elm adamları idi, kapitalist ailəninhədəfində olanlar daha çox sənət və sənət adamlarıdır; azadlığın və gözəlliyinhəvariləri. Sərvəti olan hər kəs yeni sənətin evlərə yolunu bağlamağa çalışır.Cəmiyyətdə belə bir ictimai rəy yaradılıb ki, insan azadlığı yalnız hökumətin –siyasi-sosial kilsənin verə biləcəyi imtiyazlardan ibarətdir.

 

 

XIXsərin ortaları. Mədəniyyət Avropada sənəti gözdən salmaqla məşğuldur. Bu gün Azərbaycandaolduğu kimi. Hər yerdə şairləri, rəssamları, musiqiçiləri söyür və söydürürlər.Elm adamları artıq kapitalizmə satılıblar.

 

 

Özideyaları uğrunda qurban vermək növbəsi fəlsəfədən, elmdən sonra sənətə çatıb.Bu dəfə sənət tabularla döyüşəcək, fəlsəfə və elm tamaşaçıların arasından onaazarkeşlik edəcək.

 

 

Sənətinilk cəngavəri Flober artıq meydandadır. O, kapitalist mühafizəkarlığın bütünağırlığını öz namusunun arıq çiyinlərində gəzdirən ailə qadını obrazını ayaqlaraltına atan "Madam Bovari”ni yazır. Arxasınca ikinci cəngavər, rəssam Mone sərgiyəgələnləri lümlüt qadın təsviri olan, özünün "Olimpia” tablosu ilə xəcalətdənüzlərini tutmağa məcbur edir. Tənqidçilərin sənətdə modernizm cərəyanınınbanisi hesab etdikləri daha bir cəngavər, Şarl Bodler erotik, pornoqrafik təsvirlərlədolu "Şər çiçəkləri” şeirlər kitabını çap etdirir. Kitabda Bodlerin IIINapoleon hökuməti tərəfindən məhkəməyə verilməsinə yol açan beş-altı şeir varidi ki, bunların içində istintaq materialına tikilmiş olanlarda şair öz məşuqəsiilə cinsi əlaqəsini təsvir və tərənnüm edirdi. Məhkəmə şairi fransız ictimai əxlaqınıtəhqir etməkdə və ədəbsizlikdə günahlandırdı. Məhkəmənin qərarı ilə BodlerinFransanın hörmətli xanım və bəylərinin əxlaq sərhədlərini aşdığı elan edildi vəşair 300 frank cərimə ilə cəzalandırıldı, pozğun altı şeir isə kitabdançıxarıldı.

 

Modernizmbaşlanğıcda insan azadlığını kapitalist ailə əxlaqının boyunduruğundan xilasetməcəhdi və əzmidir. "Sənət sənət üçündür” deyən modernizm sənətin mədəniyyətəqarşı müharibəsidir.

 

 

Sənətinyanında olmaq istəyirsənsə, mədəniyyətdən ayrılmalısan, yəni ailədən. Çünki mədəniyyətartıq özünü ailə ilə məhdudlaşdırıb. Ailə hər yerdə mədəniyyətin adındandanışır. Sənət mədəniyyətin bir ünsürü olmaqdan boyun qaçırır, ona müxaliflikedir. Sənətin zatındakı şeytanilik qiyama qalxır; mədəniyyət olan evdə sənətola bilməz!

 

 

Azadlıqvə gözəllik fərdin özünə aiddir, ailəsinə, qonum-qonşusuna deyil. Bu moderndüşüncəyə görə, sənət heç kimə və heç nəyə deyil, yalnız özünə xidmət etməlidir.Sənət mədəniyyətin ünsürü olmaq istəmir. "İnsan özünə də bir sənət əsəri kimibaxmalıdır” – ilk postmodernistlərdən biri olduğundan xəbərsiz olan Nitsşe beləmodernistlik edir.

 

 

Müəllifiözü olan insanın çağı başlayıb! Modernizm Avropanı özünün komfort zonalarındançıxarmağa məcbur edir. Ailə bu komfort zonalardan biridir. Mədəniyyətkomfortun, ailənin tərəfindədir. Sənəti buna görə ailəyə yaxın buraxmır. Mədəniyyətfaydalı olanı dəyərləndirir, gözəl olanı deyil. Mədəniyyət üçün gözəl olan,faydalı olandır.

 

 

Budövrün yazarlarından biri, adını unutmuşam, öz romanının ön sözündə yazırdı:"Evdə ən çox ehtiyac olan yer tualetdir, belə çıxır ki, ən gözəl yer də tualetolmalıdır. Faydalı olan hər şey çirkindir”.

 

 

Sənətbu sözlərlə kapitalizm üçün bir ucdan dəzgah icad edən elmə də meydan oxuyur; onupula xidmət etdiyi üçün qınayır. Modernistlər deyirdilər ki, sənət özündənbaşqa nəyəsə xidmət etmək, fayda vermək məqsədi güddükdə, yalan danışmağa, eybəcərliyigözəllik kimi sırımağa məhkumdur. Bu fikir sənət tarixində intellektual birinqilab idi.

Bizbu sənət-mədəniyyət qarşıdurmasını, yəni modern konflikti heç vaxt yaşamadıq. Azadlığıvə gözəlliyi deyil, faydanı seçdik, həm də milli deyil, ailəvi faydanı. Mədəniyyətimizləkomfort zonalarımızın sərhədlərini daha da qalınlaşdırdıq. O qədər qalınlaşdırdıqki, indi özümüz də içindən çıxa bilmirik. Hamımız bu "İf qalasının əsirləri”iyik.Bu qaladan isə yalnız ölərək qurtulmaq mümkündür. İntihar edənlər bu qalanıniçində əcəlin yolunu gözləməyə səbri çatmayanlardır.

Qatilimizmədəniyyətimizdir! Öz komfortuna manyakcasına düşkün olan mədəniyyətimiz…

 

Mənbə: qaynarinfo.az