Lerikdə "Xocalı faciəsi məktəblilərin gözü ilə" adlı rəsm sərgisi açılıb

Lerikdə "Xocalı faciəsi məktəblilərin gözü ilə" adlı rəsm sərgisi açılıb

Fevralın 26-da Lerik Rayon Mədəniyyət Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin və Lerik Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Xocalı faciəsi məktəblilərin gözü ilə" adlı rəsm sərgisi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə rayon məktəblilərinin rəngli boyalarla çəkdikləri Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsmlər nümayiş etdirilib.

Mənbə: azertag.az