İtlərini tapana 850 min verəcək

İtlərini tapana 850 min verəcək

Müğənni Leydi Qaqanın itləri oğurlanıb.

Redaktor.az xəbər verir ki, Los-Ancelesdə itləri gəzdirməyə çıxaran Qaqanın köməkçisi Rayan Fişer silahlı hücuma məruz qalıb. Kimliyi naməlum bir neçə şəxs atəş açaraq Rayanı yaralayıb və onun cins itləri Kocilə, Qustavı oğurlayıblar.

Atəş nəticəsində çoxlu qan itirən köməkçi təcili olaraq xəstəxanaya aprılıb. Hadisə zamanı 3-cü it Miss Asia, polis tərəfindən tapılaraq Qaqaya təhvil verilib.

Müğənni mətbuata açıqlaması zamanı itini tapıb ona gətirənə 500 min dollar (850 min manat) mükafat verəcəyini bildirib. 

Mənbə: redaktor.az