"Ailə dostumuz idi. Evimə gəlib, ərimi əlimdən aldı"

"Ailə dostumuz idi. Evimə gəlib, ərimi əlimdən aldı"

Son zamanlar keçmiş həyat yoldaşı ilə məhkəməlik olan Türk müğənnisi Songül Karlı haqqında şok iddia ortaya atılıb.

Open.az xəbər verir ki, Songül Karlının boşandığı əri Metin Yüncünün keçmiş həyat yoldaşı Mediha Ersoy televiziya prüoramlarının birinə verdiyi açıqlamada: "Mənim ərimi əlimdən aldı. Bir zamanlar ailə dostumuzdur. Evimizə gəlirdi. Oturub söhbət edərkən, ərimlə olan baxışları çox başqa idi. Həmin zamanlarda telefonuma mesaj gəldi. "Ərin səni Songül Karlı ilə aldadır", yazmışdılar. Əvvəlcə inanmadım. Sən demə evimizə gəlib, gedə-gedə ərimlə eşq macərası başlayıb. Sonradan məlum oldu ki, həmin mesajı da mənə özü atıb. Əvvəlcə qardaşının mesaj atdığını demişdilər. Sonradan sübuta yetirdim ki, mesajı da mənə özü göndərib". deyib.

Metin Yüncünun keçmiş həyat yoldaşı Mediha Ersoy daha sonra bildirib ki, " İndi proqramlara qatılıb, Metindən şikayət edir. Amma bir zamanlar onu əldə etmək üçün 5-6 ay Metinin arxasınca gəzib. Sonunda ailəmizi dağıtdı" deyib.

Mediha Ersoyun açıqlamalarından sonra proqramın aparıcısına mesaj göndərən Songül Karlı: "Mən bu qadını heç tanımıram. Bir dəfə məclisdə görmüşəm. Birlikdə şəkil çəkdirmişik. Mən heç kimin arxasınca düşməmişəm və ərini də əlindən almamışam" deyib.

Qeyd edək ki, uzun zamandır Türk maqazin mətbuatında Songül Karlı və həyat yoldaşı Metin Yüncünün boşanma və həbs xəbərləri dərc edilir. Songül Karlı Metin Yunçunun ona aid olan əmlakı mənimsəməklə günahlandırır.

Mənbə: open.az