Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Xocalının səsi” onlayn teatr baş tutub - FOTOLAR

Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Xocalının səsi” onlayn teatr baş tutub     - FOTOLAR

Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin birgə təşkilatçılığı ilə 26 fevral tarixində “Xocalının səsi” onlayn teatr baş tutub.

Buta.ws xəbər verir ki, Xocalı Soyqırımının 29-cu ildönümə və Böyük Zəfərimizə həsr olunmuş onlayn tamaşada rolları isə üzv və könüllülərimizdən ibarət gənc aktyorlar ifa ediblər. ZOOM platforması üzərindən yayımlanan onlayn tamaşa 100-ə yaxın gənc tamaşaçının iştirakı ilə baş tutub.

“Xocalının səsi” onlayn teatr Xocalı Soyqırımını və Böyük Zəfərimizi əks etdirən iki səhnədən ibarət olub. Gənclərimiz ilk səhnədə 1992–ci ildə Xocalıda törədilən soyqırımı, ermənilərin dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən ibarət səhnələri canlandırıblar. İkinci səhnə isə 44 günlük Vətən müharibəsində qazandığımız zəfəri əks etdirib.

Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olub, gənclərimizin sosial və fərdi inkişafını təmin etmək məqsədi ilə fəaliyyət göstərir. Gənclər Evi olaraq ödənişsiz kurslar və seminarlar təşkil edərək, gənclərimizin asudə vaxtının səmərəli təşkili, eyni zamanda, onların təkliflərinin həyata keçirilməsi istiqamətində işlər görülür. Gənclərin bilik və bacarıqları inkişaf etdirilərək cəmiyyətə faydalı fərd kimi qazandırmaq Sabunçu Gənclər Evinin qabaqcıl məqsədidir.

Mənbə: buta.ws