“İbrahim Tatlıses kimi çox güclü bir səs var. Həmişə deyirəm ki, əgər mən onun yüzdə beş faizi qədər olsam, hər yeri fəth edərəm. Heç kim onunla rəqabət apara bilməz. Bunu atam olduğu üçün demirəm, amma hazırda hansı sənətçi gəlirsə gəlsin, onlar üçün çox çətin olar”.
Bu sözləri Türkiyənin “İmperator” ləqəbli sənətçisi İbrahim Tatlısesin oğlu, müğənni İdo Tatlıses konsertindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, əkizlərinin dünyaya gəlməsindən sonra iki illik fasilə verən müğənni İdo Tatlıses yenidən konsert verməyə başlayıb.
Mənbə: bizim.media