"Daha imkan verməyəcəm qızım efirə çıxsın"

"Daha imkan verməyəcəm qızım efirə çıxsın"

"Qızıma efir olmaz. Heç vaxt imkan vermərəm ki, efir adamı olsun. Ümumiyyətlə, şou sahəsindən uzaq tuturam".

Open.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qızı Selena haqda danışarkən deyib.

Sənətçi "10 qat şou"da bildirib ki, bundan sonra övladını efirə çıxarmayacaq:

"Qızım ya həkim, ya da vəkil olsun. İnsanların haqqını qorusun. Deyirlər, heç vaxt heç vaxt demə. Amma mən bunu əminliklə deyirəm: efirə qoymayacam".

Mənbə: open.az