“Survivor”da dava düşdü

“Survivor”da dava düşdü

Ən sevilən proqramlardan olan "Survivor"da yenidən gərgin anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yemək uğrunda mübarizə aparan "Məşhurlar" və "Könüllülər" komandası arasında dava düşüb.

Yarışın əvvəlində "Məşhurlar" komandası daha çox xal yığıb. Lakin gücünü toplayan "Könüllülər" hesabdakı böyük fərqi aradan qaldıra bilib.

İki müxtəlif komanda üzvləri olan Berkay və Doğanın yarışından sonra isə gərginlik yaşanıb. Belə ki, yarışı qazandığını zənn edən Doğan sevinməyə başlayanda Dora "sən nəyə sevinirsən" deyərək onunla dalaşıb. Sonra mübahisəyə Çağrı da qarışıb. Dava böyüyüb.

Aparıcı Murat Ceylan mübahisənin qarşısını alaraq "daha oyun arenasında dava istəmirik" deyib və iştirakçıları tənbeh edib.

Mənbə: news.milli.az