Yazıçımızın Fransada romanı çıxdı

Yazıçımızın Fransada romanı çıxdı

Strasburq şəhərində fəaliyyət göstərən "Kəpəz" nəşriyyatında fransızca işıq üzü görmüş roman müharibənin dağıntıları altında qalmış bir şəhərdən bəhs edir.

Fransada yaşayan yazar-tərcüməçi Dilbadi Qasımovun "Şəhər" romanı çap edilib.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, Strasburq şəhərində fəaliyyət göstərən "Kəpəz" nəşriyyatında fransızca işıq üzü görmüş roman müharibənin dağıntıları altında qalmış bir şəhərdən bəhs edir. "Şəhər" - müəllifin ikinci kitabıdır.

Xatırladaq ki, Dilbadi Qasımov 1980-ci ildə Naxçıvanda doğulub. Fransada hüquq üzrə doktorantura təhsili alıb. Hazırda orada vəkillik fəaliyyəti ilə məşğuldur.

Mənbə: sputnik.az