Aktrisa reanimasiyaya yerləşdirilib - COVID-19

Aktrisa reanimasiyaya yerləşdirilib - COVID-19

"Bir zamanlar Çukurova" serialının aktrisası Selin Yeninci bir müddət əvvəl koronavirusa yoluxub.

Redaktor.az bildirir ki, evdə müalicə alan aktrisanın halı qəfildən pisləşib. Yaxınlarının köməyi ilə xəstəxanaya aparılan Selin Yeninci reanimasiyaya yerləşdirilib.

Həkimlər aktrisanın səhhətinin ağır olduğunu və müalicəsinin davam etdirildiyini bildirib.

Qeyd edək ki, Yeninci Covid-19-a "Bir zamanlar Çukurova" serialının çəkiliş meydanında yoluxub.

Mənbə: redaktor.az