Roza Zərgərlinin oğulluğu ata-anası haqda elə faktları açdı ki... - İlk dəfə

Roza Zərgərlinin oğulluğu ata-anası haqda elə faktları açdı ki... - İlk dəfə

Gənc və tanınmış aktyor Corc Qafarov Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Müsahibəni təqdim edirik:

- Pandemiyanı necə keçirirsiniz?

- Qaydalara riayət edirəm. Pandemiya bizim işimizə mane olmadı. Çəkilişlərimiz davam edir, dayanmayıb.

- Hazırda Xəzər Televiziyasında “Ata ocağı” serialına çəkilirsiniz. Çəkilişlər necə gedir?

- Hər şey qaydasındadır. Yaradıcılığımızı göstərə bilirik. Serialımız tamaşaçılar tərəfindən çox yaxşı qarşılanır. "Ata ocağı" baxımlı serialdır.

- Serialdan aldığınız qonorar sizi qane edirmi?

- Dünya standartıyla bizdə qonorar yüksək deyil, amma Azərbaycan üçün yaxşıdır.

- Eşitdiyimizə görə, Xəzər Televiziyası sizə aylıq maaş olaraq 1000 manat verir. Nə dərəcədə doğru xəbərdir?

- Tam 1000 manat deyil, o məbləğ civarındadır.

- Azərbaycanda aktyora verilən dəyərdən razısınız?

- Kollektiv olaraq serialda iş rejimi və sair - hər şey qaydasındadır. İşdə mehribançılıq və birlik var. İşçilər aktyorları, aktyorlar texniki heyəti başa düşür. Amma düşünürəm ki, Azərbaycanda aktyor çəkiliş meydanında tamamilə fərqli olmalıdır. Dünyada başqadır, Azərbaycanda isə elə deyil. Təəssüf ki, aktyor çəkiliş meydançasında sıradan biri kimi görünür.

Aktyor sənəti bütün sənətlərdən bir pillə üstündür. Hər hansı işdə hər kəs öz missiyasını yerinə yetirir, amma aktyorlar müxtəlif obrazları yaradır. Aktyor öz həyatını deyil, başqaların həyatını oynayır.

Düşünürəm ki, çəkiliş meydançasında aktyor çox yüksəkdə tutulmalıdır, fərqlənməlidir. Düzdür, hər şey qaydasındadır, aktyorlara hörmət qoyulur. Rejissorlarımız aktyorlarımızla çox gözəl davranırlar.

 

- Azərbaycanda aktyor sənətinin çox inkişaf etməməsi fikri ilə razısız?

- Azərbaycanda aktyorluq sənəti inkişaf edib, istedadlı gənclərimiz çoxdur. Mən Mədəniyyət və İncəsənət Universitetində oxuyanda istedadlı uşaqlar çox idi. Sadəcə onların qabağa getməsində maneələr vardı. Buna səbəb film və serialların az çəkilməsi, ayrılan maliyyənin çox hissəsinin mənimsənilməsidir.

Mədəniyyət və incəsənət ölkənin bünövrəsidir. Mən başqa ölkələri Azərbaycanla müqayisə etməyəcəm. Elə ölkələr var ki, yalnız mədəniyyət və incəsənəti ilə tanınır. Bu sahəyə yüksək miqdarda pul xərclənir. Ümid edirəm ki, yaxın beş-on ildə bizdə də bu baş verəcək.

- Büdcə məsələsi sizi həvəsdən salır?

-Xeyr, məni həvəsdən salmır. Tutalım, dövlət sifariş ilə ildə 30 film çəkiləcək. Onun maliyyəsində yeyinti olacaqmı, olmayacaqmı? Bu kimi məsələlər var.

- Corc Qafarov gələcəkdə necə aktyor olmaq istəyir?

- Əslində, bununla bağlı arzularım çox böyükdür, məqsədlərim də var. Arzulayıb, xəyal edib, yerimdə oturmuram. Planımda qardaş Türkiyəyə getmək var. Məsələn, burada film və seriallara çəkiləndə beş faiz güc qoyurdumsa, Türkiyədə bunun yüz qatını edəcəm. Çünki məsuliyyət olacaq ki, Azərbaycanı təmsil edirəm.

Uşaqlıqdan Hollivudda fəaliyyət göstərmək istəyirdim. Sadəcə yaş artdıqca başa düşdüm ki, bu, çox çətin məsələdir. Qardaş ölkədə bunu bacarsam, mənim üçün böyük iş olar.

- Türkiyədə fəaliyyəti nə zamana planlaşdırırsınız?

- Yaxın iki il ərzində...

- Türkiyədən sizə iş təklifi olub?

- Bəli, Türkiyədən bir neçə dəfə təklif gəlib. Sadəcə həll ediləsi məsələləri bitirdikdən sonra Türkiyəyə getmək istəyirəm.

- Akademik Milli Dram Teatrında çalışırsınız. Pandemiya olmasına baxmayaraq, dünyanın bir çox ölkələrində teatrların fəaliyyəti bərpa edilib. Siz necə, teatrın açılmasını istəyirsinizmi?

- Əlbəttə, istəyirəm. İki ilə yaxındır Akademik Milli Dram Teatrında çalışıram. Orada fəaliyyətə başladım, tamaşalar qarşısına çıxmağım isə az çəkdi. Buna görə pandemiya məni bir az sarsıtdı. Tamaşalarda oynamaq üçün acam...

- Qaraçuxur Bələdiyyəsinə üzv seçildiniz. Bələdiyyədə işlər necə gedir?

- 17 nəfər sırasından Qaraçuxur Bələdiyyəsinə üzv seçildim. Bələdiyyəyə gedirəm, onlayn iclaslarımız, brifinqlərimiz olur.

- Bələdiyyə üzvü kimi hansı işləri görməyi düşünürsünüz?

- Mədəniyyət və incəsənət sahəsində fayda gətirən işlər görmək istəyirəm. İndidən açıqlamaq istəmirəm, amm çox maraqlı bir iş olacaq.

- Siz “İlahi məxluq”, ”Bakı, mən səni sevirəm” filmlərində açıq-saçıq səhnələrə çəkilmisiniz. Sizə reaksiyalar necə oldu? Aktyor kimi hər hansı kriteriyanız varmı?

- Aktyor kimi hər hansı kriteriyam yoxdur. Sadəcə bizdə mentalitet bəzi şeylərin qarşısın alır. “İlahi məxluq” çoban ailəsindən bəhs edən film idi. Mən orada açıq-saçıq səhnələr görməmişm. Kənd uşağının həyatından bəhs edir.

"Bakı mən səni sevirəm" filmində də hamımızın yaxşı tanıdığı Hollivud aktrisası Aziya Arcenti ilə baş rolda çəkilmişdim. Orada sadəcə öpüşmə səhnəsi var. Öpüşmə də deməzdim, öpücük idi. Öpən anda mən yuxudan oyanıram. Dərin bir şey yox idi...

- Yəni açıq-saçıq səhnələrə cəsarərtlə çəkilərsiniz...

- Əlbəttə, çəkilərəm.

- Hollivud aktyorlarından kiminlə tərəf-müqabili olmaq istəyərsiniz?

- Meqan Foksu çox bəyənirdim. Filmlərə çox yaraşır.

- Roza Zərgərli ilə “Qisas” serialında tanışı olmusunuz. Tanışlıq ailə üzvlüyünə çevdildi. Bu şans, yoxsa qismət idi?

-Əslində, şans, bəxt və tanrı tərfindən göndərilən bir hədiyyə idi. O insanın mənim həyatıma daxil olması taleyimdə canlanma yaratdı. Buna görə çox sevinirəm. Eyni zamanda Roza xanımın mövcudluğu o demək deyil ki, həyatım yüz faiz dəyişib, hər şey çox mükəmməl olub, yox. Amma həyatımdakı boşluqlar dolub.

- Uşaq evindən Roza Zərgərlinin evinə gələrkən hər hansı çətinlik yaşadınızmı? Bu mərhələ necə oldu?

- Roza xanım məni aktyor, insan və oğlu olaraq çox sevməyə başlayıb. Düzünü deyim ki, mən də can atmışam. Yaşadığım uşaq evindən çəkilişlərə, məşğələlərə rahat şəkildə gedirdim. Amma qadağa qoyulan vaxtda da oranı tərk edirdm. Gizlincə Roza xanımın ailəsinə gedirdim. Onun bundan xəbəri var idi, sadəcə uşaq evindəkilər bilmirdi. Bəlkə də xəbərləri olurdu, göz yumurdular. Sevinirdilər ki, Corc nə yaxşı hansısa ailəyə can atır.

Çünki anam sağ olanda bir çox ailələr məni övladlığa götürmək istəyirdilər. Onların sırasında imkanlı ailələr var idi, amma getmirdim. Bunu da anam Leyla xanıma görə edirdim. Roza xanımla bir ailəyə çevrilməyimiz yalnız ona görə deyildi ki, anama dəstək oldu.

Roza xanım anamın müalicəsi üçün hər şeyi etdi, bütün işləri boynuna götürdü. Sadəcə olaraq artıq gec idi. Anamı xilas edə bilmədi.

- Ananız hepatit və xərçəng xəstəliyindən əziyyət çəkirdi?

-Bəli...

- Ananız vəfat etməmişdən öncə sizə hər hansı tövsiyə verdimi?

- Anam çox qürurlu və dürüst insan idi. Kimlərdənsə istifadə etsin, mənafe güdsün kimi xüsusuiyyətləri yox idi. Heç vaxt insanlara yaxın olmamışdı, həmişə onlardan qaçmışdı. Yəqin bir bildiyi vardı. Çox ağıllı qadın idi.

Anam Roza xanımı çox sevir və ona güvənirdi. Mən özüm buna şok keçirirdim. Çünki anam heç kimə inanmır və hamını özündən uzaq tuturdu. Xarakteri ağır və ciddi idi, amma bizə qarşı elə deyildi.

Anam Roza xanımı daha isti qarşıladı. Bəlkə hiss edirdi ki, öləcək. Əslində, anam bütün problemləri sevgiyə görə yaşayıb. Atamı çox sevirdi. Biz dəqiq bilmirik, anamla atamın ayrılığı anama, yoxsa atama görə olub? Mən çox vaxt atamı qınayıram.

- Atanızı neçə yaşına qədər görmüsünüz?

- Beş yaşıma qədər görmüşəm. Altı yaşında Latviyadan Azərbaycana gəldik. Atam tam yadımda deyil. Bəlkə də o, adamı sevməmişəm deyə mənə vacib olmayıb, yadımda qalmayıb.

- Atanızın sizdə şəkili var?

- Bəli, atamın çəkli var. Sarışın olub, gözləri yaşıl, saçı az, bığları da Barış Mançonun bığlarını xatırladır. Hansı tərəfi günahlandırım, bilmirəm. Bu, artıq gecdir.

- Atanız 2013-cü ildə Latviyada dünyasını dəyişib. Sağ olsaydı ona nə demək istəyərsiniz?

- Sağ olsaydı nə qədər günahkar hesab etsəm də qucaqlayardım, ona sarılardım. Hansı suallar verəcəyim isə mənə qalsın.

- Roza xanımın ailəsində ilk günlər adaptasiya mərhələsi necə oldu?

- Ailədə adaptasiya mərhələsi o qədər çətin keçmədi. Çünki hər yerdə oturuşuma-duruşuma fikir vermişəm. Biz kollektiv həyat yaşamışdıq, əsgərlikdəki kimi. Ola bilər, iki-üç nəfərin bir evdə yaşamasına öyrəşməmişdik. Bəlkə də biz belə şeyləri görmədiyimiz üçün qəribə gəlirdi.

- İlk zamanlar Roza Zərgərlinin geyiminə görə problemlər yaşamısınız.

- Kiçik mübahisələr anlayışsızlıqdan, güvənsizlikdən baş verir. İlk vaxtlarda bu kimi halların baş verməsi normal idi. Mən aktyor idim, o, müğənni. Amma qarşımadakı sənət adamı idi, mən bunu başa düşmürdüm. Bu, səhv addım idi. Onu hər hansı geyiminə görə ola bilər, bir ana kimi qısqanmışam. İstəməmişəm ki, kimsə ona səhv gözlə baxsın. Sadəcə başa düşməyən dayaz insanlar var, onlar səhv qəbul edə bilərlər.

- Bu gün nəyə görəsə mübahisə edirsizr?

- Xeyr, mən mübahisə etmirəm. Artıq o, mənimlə mübahisə edir... Çünki mən həmişə onun məsləhətləri ilə oturub dururam. Sadəcə ondan xəbərsiz qısametrajlı filmə, reklama çəkiləndə əsəbləşir. Bəzi işlərə bilirəm ki, icazə verməyəcək. Amma sonra ona demişəm. O da məndən inciyib ki, Corc arxamdan iş çevirirsən?

Düşünürəm ki, artıq 26 yaşım var və məni başa düşməlidir. Necə ki, mən onun addımlarını başa düşür və dəstəkləyirəm. O, mənim necə insan olduğumu bilir. Heç vaxt böyük səhvlər etmərəm.

- Yaxın günlərdə bacınız Bönövşə haqqında müəyyən şayiələr yayıldı. Şayiəni yayanlar kimlər idi?

- İnanırsınız ki, bilmirik. Bəlkə də ailəyə yaxın insanlar idi. Bu, Bənövşəyə zərbə vurmaq cəhdi, düşmənçilik və oyun idi. Bizdə hər hanıs insan haqında nəsə yazılanda sosial şəbəkələrdə araşdırmadan düşüncəsiz şərhlər yazırlar.

- Şayiəni yayan insanları araşdırdınız?

- O insanları tapdıq və bildik ki, kimlərdir. Sual versəniz ki, bu hərəkəti o, insanlardan gözləyərdiniz? Cavab verərdim ki, gözləyirdik...

Foto: Pərviz Həşimi

Mənbə: teleqraf.com