Aktyor prezident olmaq həvəsinə düşüb

Aktyor prezident olmaq həvəsinə düşüb

Amerikalı aktyor Uill Smit, indi də, prezident olmaq həvəsinə düşüb. Nə vaxtsa ölkə prezidntliyinə namizədliyini irəli sürəcəyini istisna etməyən aktora görə, o, artıq ölkənin siyasi həyatına qoşulmağa hazırdır. SİA bu barədə rus mətbuatına istinad edir.

Mütləq fikrə malik olduğunu bildirən aktyor insanlar arasındakı anlayış və harmoniyanın ehtimalına inandığını bildirib. “Mən öz rolumu mütləq oynayacam - istər aktyor töhfəsi olsun, istərsə də siyasi karyeram”. Bu fikirləri amerikalı aktyor jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Qeyd edək ki, hər hansı bir sənət adamının siyasətə gəlməsi Amerikada elə də qeyri-adı qarşılanmır. Məsələn, Arnold Şvarseneger iki dəfə ardıcıl olaraq Kaliforniya valisi seçilib. Ölkənin 40-cı prezidenti isə əllidən çox filmdə rol alan aktyor Ronald Reyqan olub.

Ona görə də, Uill Smitin Amerika prezidenti olmaq istəyi elə də təəccüblə qarşılanmamalıdır.

Mənbə: sia.az