"Kəllə-paçanı güclə yemişəm" deyən Demet Akalın və göbək cifti söhbəti davam edir

"Kəllə-paçanı güclə yemişəm" deyən Demet Akalın və göbək cifti söhbəti davam edir

Ötən gündən Türk maqazin mətbuatında müğənni Demet Akalının göbək ciyəsi (cift) yeyərək cavan qalması söhbəti yayılıb.

Open.az xəbər verir ki, bunu söyləyənlər, Demet Akalının üz dərisinin gündən-günə "cavanlaşdığını" iddia edərək, onun göbək cifti yeməsini və ya məxsusi olaraq onun üçün göbək ciftindən hazırlanan kosmetik vasitələrdən istifadə etməsini irəli sürüblər.

Deyilən və yazılan xəbərləri inkar edən Demet Akalın: "Körpə cifti yeyərək gəncləşdi" nə deməkdir? Mən bu yaxınlarda kəllə-paçanı güc-bəla ilə yemişəm. Hamı başın itirib. Allah sizə ağıl-fikir versin. Mən inana bilmirəm ki, belə fikirlər irəli sürənlər var. Uşaq bir şeyini yemək nə deməkdir? Dərimə xüsusi qulluq edə bilərəm. Amma bunun nəsə yeməyə dəxli yoxdur" deyib.

 

 

Xatırladaq ki, bir müddət əvvəl ingilis aktrisası Yeva Lonqoriya gənc qalmasının sirrini tərkibində göbək cifti olan kremlərə borclu olması ilə əsaslandırmışdı.

 

Qeyd edək ki, göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzvdür.

Göbək ciyəsi dünyada tibbi məqsədlər və ya kosmetoloji preparatların istehsalı üçün baha qiymətə satılır.

 

Mənbə: open.az