Yazıçı Azər Abdulla koronavirusa yoluxub

Yazıçı Azər Abdulla koronavirusa yoluxub

Yazıçı Azər Abdulla (Əhmədbəyli) koronavirusa (COVID-19) yoluxub.

Bu barədə APA-ya onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O, atasının dünən “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib. O qeyd edib ki, atası hazırda süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, Alpay Azərin də koronavirus testi pozitiv çıxıb. O, ev şəraitində müalicə alır.

Mənbə: apa.az