Tünzalə Ağayeva: “Heç bir estetik əməliyyatım yoxdur”

Tünzalə Ağayeva:  “Heç bir estetik əməliyyatım yoxdur”

"Çirkin qadın yoxdur, tənbəl qadın var. Baxımsız qadın var. Baxım pula 90 faiz aiddir . Məsələn, mən limon və ya hansısa meyvəni yeyib onun üz qabığını da istifadə edə bilərəm. O qədər ev üslubları var ki... Onu etməyə həvəs lazımdır. İstək lazımdır. Gözəl görünməyi sirri həvəsdədir".

Primetime.az verir ki, bu sözləri xalq artisti Tünzalə Ağayeva "MTV Azərbaycana"-a açıqlamasında deyib. Sənətçi "plastik əməliyyat etdirməsi ilə" bağlı yayılan şayiələrə də cavab verib:

"Hələlik şükür Allaha ehtiyac duymuram nə bədənimdə nə üzümdə. Qəti. Mənim bütün zahiri görünşümün əsas səbəbi dügün qidalanmağım və idman etməyimdir. Sualım: Heç bir plastik əməliyyat olmayıb?! Qətiyyən! Nə üzümdə, nə bədənimdə heç bir müdaxilə yoxdur. Bəlkə bir 80 yaşımda edəcəm. Bilmirəm onu həyat göstərəcək. 70 yaşımda bəlkə ona ehtiyac duyacam deyəcəm burda bir az dərim sallanır gedim onu götürüm. Incə estetik işlər ola bilər. Üzümdə iynələr də olur. Baxım var".

Brauzeriniz video etiketini dəstəkləmir.

Mənbə: primetime.az