Azərbaycanlı aktyora doğum günündə ŞOK - Məhkəmə zalında qandallandı

Azərbaycanlı aktyora doğum günündə ŞOK - Məhkəmə zalında qandallandı

Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamov (Türksoy) həbs edilib. Bu barədə "Ölkə.az"a aktyorun ailəsindən məlumat verilib. Bildirilib ki, Şəki apellyasiya məhkəməsi aktyora 8 ay həbs cəzası kəsib.

Day.Az Ölkə.az-а istinadən xəbər verir ki, İbrahim Salamov Mingəçevir Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi Şəhriyar Mustafayevin şikayəti əsasında həbs edilib.

Xatırladaq ki, aktyor öz doğum günündə məhkəmə zalında həbs edilib.

Mənbə: news.day.az