Türk musiqiçi xərçəngə belə qalib gəldi: "Qara keçini izləyin..."

2017-ci ildə xərçəng diaqnozu qoyulan türkiyəli musiqiçi Metin Kahraman xəstəliyə qalib gələ bilib.

Milli.Az xəbər verir ki, xəstəlik müddətində təbiətlə daha çox iç-içə olduğunubu yolda şəfalı bitkilərin də rol oynadığını deyib. Metin Kahraman xəstəlik müddətində musiqidən heç bir zaman ayrılmayıb. 6 aylıq kimyaterapiya zamanı da musiqi bəstələməyə davam edib. Sağlamlığına qovuşan musiqiçi türkülərin və yerli şəfalı bitkilərin önəmli təsiri olduğunu bildirib.

Musiqiçi bildirib ki, müalicə müddətində şivəsində də dəyişikliklər olub: "Normal danışığımla deyil, Ərzurum, Ərzincan, Diyarbakır şivəsi ilə danışmağa başladım. Tuncelidə xərçəng xəstəliyinə 'ilancık deyirlər. Bu xərçəngin digər bir adıdır. Burada xəstəliyə qalib gəlməyin öz yolları var. Ən önəmlisi isə, yaz aylarında qara keçini izləyin. O nə yesə, siz də bir parça alın və yeyin. Bu şəkildə xəstəliyin dərmanını tapa bilərsiniz. Tuncelide insanlar xəstə olduğu zaman "Munzur Gözeleri"ne çadır qurar və orada keçiləri nə yeyirsə, onu yeyərlər. Mən də bahar aylarında keçiləri izlədim. Qarşıma tanıdığımız nə qədər ot çıxıbsa, hamısını yedim". /medicina.az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Heç filmdə də görməzsən" - azərbaycanlıların mühəndis işləri erməniləri vəlvələyə saldı

SONRAKI XƏBƏR

"Qalatasaray"ın qalibiyyət seriyasına son qoyuldu