Aparıcı Reynmeni məhkəməyə verdi

Aparıcı Reynmeni məhkəməyə verdi

Türkiyəli Reynmen ləqəbli repçi Yusuf Aktaş məhkəməlik olub. Axşam.az xəbər verir ki, vəkillər aparıcı Bircan Balini təhqir etdiyi və hədələdiyi üçün sənətçiyə 4 il 4 ay həbs cəzası verilməsini tələb edib. İkinci məhkəmədə Reynmen barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, ötən il aparıcı Ece Erken də Reynmeni məhkəməyə vermişdi. Ece aparıcısı olduğu verilişdə Aktaş haqqında xoşagəlməz ifadələr işlətmişdi. Bundan sonra Reynmen sosial media hesabında Erken haqqında "Ucuz" yazısı yazaraq paylaşım etmişdi.

Mənbə: axsam.az