Sılaya təzminat ödəmək istəmir

Türkiyəli müğənni Davud Güloğlu məhkəməyə müraciət edib. Axşam.az xəbər verir ki, həmkarı Sıla Gençoğluna nalayiq sözlər işlətdiyi üçün 8 min 500 TL təzminat ödəməli idi.

D.Güloğlu məhkəmədən qərarın ləğv olunmasını tələb edib.

Qeyd edək ki, Sıla Demokratiya və Şəhidlər Mitinqi ilə bağlı dediyi sözlərə görə həmkarı D.Güloğlu tərəfindən təhqir edilmişdi.

Onun “Darbeyə qarşıyam, amma Yenikapıdakı şouya qatılmayacam” sözlərinə Güloğlu təhqirlə cavab vermişdi.

Sıla isə məhkəməyə müraciət edərək, Davutoğlunun həbs edilməsini tələb etmişdi.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Smartfonun enerjisini saxlamaq üçün üsul açıqlanıb

SONRAKI XƏBƏR

Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar