Karlovı Varı film festivalı ertələndi

Karlovı Varı film festivalı ertələndi

 

Bu il iyul ayının əvvəlində Çexiyada keçirilməsi nəzərdə tutulan Beynəlxalq Karlovı Varı film festivalı koronavirus pandemiyası səbəbindən avqustun sonuna ertələnib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Baxış 20-28 avqust tarixlərində keçiriləcək. Əvvəlcə onun 2-10 iyul tarixlərində keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, ötən il festival pandemiya səbəbindən təşkilatçılar tərəfindən ləğv edilmişdi.

 

 

Mənbə: qafqazinfo.az