Marsda naməlum ÜÇBUÇAQ görənləri ÇAŞQINLIĞA SALDI - VİDEO

Marsda naməlum ÜÇBUÇAQ görənləri ÇAŞQINLIĞA SALDI - VİDEO

Tanınmış ufoloq və virtual arxeoloq Skott Uorinq Marsdan çəkilən fotolarda qəribə ağ üçbucaq aşkarlayıb.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, ufoloq bunun adi daş olmadığını hesab edir, çünki indiyədək heç bir fotoda belə strukturda daşlara rast gəlinməyib.

Uorinqin fikrincə, bu, yeraltı məkana aparan qapıdır. Üçbucağın yaxınlığında görünən dördkünc qara "dəlik" isə, onun fərziyyəsinə görə, pəncərədir.

Bəzi ufoloqlar və müstəqil tədqiqatçılar iddia edirlər ki, bir zamanlar Marsda da həyat mövcud olub, lakin antik dövrdə baş verən planetar kataklizm səbəbindən planetin sakinləri yerin altına köçməli olublar.

Başqa planetlərdə yaşayışın olduğunu düşünən Skott Uorinq Mars səthinin görüntülərini incələməklə bu fərziyyənin təsdiqini tapmağa çalışır. Onun bəzi "dəlilləri" gülməli səslənsə də, bəziləri həqiqətən diqqətə layiqdir.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az