Yazıçılar, bir-birinizə paxıllıq etməyin... - Draqunski

Yazıçılar, bir-birinizə paxıllıq etməyin... - Draqunski

Qaynarinfo çağdaş rus yazıçısı Denis Draqunskinin Yazıçılar gününə həsr etdiyi "Yazıçı və paxıllıq” yazısını təqdim edir:

"Yazıçı paxıllıq etməməlidir. Ancaq vacib bir dəqiqləşdirmə. Bir yazıçı başqa bir həmkarına, hətta vəfat etmiş bir klassik yazıçıya həsəd apara bilər (şair Rüxinin Puşkin haqqında dediyi kimi: "Ona bir Ağqvardiyaçı atəş açdı, öldürdü və ölümsüzlüyünü təmin etdi”). Bu normaldır.

Bəs bir yazıçı kimə həsəd aparmamalıdır? Budur onlar: filosoflar, psixoloqlar, keşişlər, hüquqşünaslar, siyasi analitiklər, iqtisadçılar və xüsusilə məşhur publisistlər.

Klassik rus romanları, bir qayda olaraq, əla bir fabulaya, story-yə malik olur. "Karamazov qardaşları", "Cinlər", "İdiot", "Atalar və oğullar, "Duman" və "Novyu", "Dirilmə" kifayət qədər fabulalı şeylərdir. Ancaq bəs qədər ağır (fiziki cəhətdən ağır) olduqlarına görə onları oxumaq çətindir. Onlar həm də ona görə ağırdır ki, müəllif yalnız insanlar və onların taleləri haqqında bir hekayənin müəllifi olmaqdan əlavə, həm təbliğçi, filosof, siyasətçi və "dərin iqtisadçı”, həm də dişli bir jurnalist olmaq istəyir.

Niyə belədir? Bəzən deyirlər ki, köhnə Rusiyada bədii ədəbiyyat yeganə tribuna olub. Düz deyil! Rusiyada minlərlə filosof, psixoloq, sosioloq, hüquqşünas, ilahiyyatçı və sadəcə görkəmli publisistlərin nəşr olunduğu yüzlərlə jurnal var idi.

Yəqin ki, Puşkindən sonra bütün rus yazıçıları arasında paxıllıq olub: "Budur, mən burda bir roman yazıram, ancaq camaat cənab Dobrolyubov, Pisarev, Katkov, Gertsen, Suvorin, Solovyov, Pobedonostsev və b. və b. və b. və hətta Plexanov və Struveyə qədər müəlliflərin kitabını bir-birinin əlindən qapır. İcazə verin, mən də buna bənzər bir köpük qaynadım! Ağıllı bir şey!"

Qonşu departamentdən gələn ağalara paxıllıq etmək lazım deyil. Bu, romanları ağır dialoqlar və uzadılmış fəsillərlə yükləyir”

Mənbə: qaynarinfo.az