Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq

Bakı. Trend:

Məşhur moda dizayneri Karl Laqerfeldə məxsus mebel əşyaları və incəsənət əsərləri Monakoda hərraca çıxarılacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Sotheby's" auksion evi məlumat verib.

Bildirilir ki, hərraca çıxarılanlar siyahısına modelyerin Parisdəki mənzilində, Luvesyendəki malikanəsində, həmçinin Provans və Monakodakı evlərində olan əşyalar daxil olacaq. İlk hərrac cari ilin ikinci yarısında Monakoda, daha sonra Parisdə keçiriləcək.

 

Karl Lagerfeld XVIII əsrin nadir dekorativ incəsənət kolleksiyasının sahibi olub. Modelyer Paris və Londondakı hərraclarda mütəmadi olaraq mebel, heykəl və rəsm əsərləri alıb.

K.Lagrefeld 19 fevral 2019-cu ildə vəfat edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

O da “Kuruluş Osman”dan ayrıldı - FOTO

SONRAKI XƏBƏR

Yaşıl çay ekstraktı Daun sindromlu uşaqların üz quruluşunu dəyişdi - FOTO