Meqan Markl eltisini xəbərçilikdə ittiham edir

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklla kral ailəsi arasındakı gərginlik davam edir.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Markl, bu dəfə eltisi Keyt Middltonu ona aid məlumatları mətbuata yaymaqda ittiham edir.

Böyük Britaniya informasiya vasitələrinə sızan məlumata görə, Markl sarayda yaşadığı müddətdə işçilərə gün verib, işıq verməyib. Həddən artıq çalışdırmaqla onlara zülm edib.

Buna görə də Meqan, saraya gəlin köçdükdən 6 ay sonra bir neçə işçi könüllü olaraq ayrılıb. Onlarla gizlilik müqaviləsi imzalandığı üçün bundan kimsə xəbər tutmayıb.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Tatlıseslə qızını o, barışdırıb

SONRAKI XƏBƏR

"Beşiktaş" liderliyə yüksəldi