Ayrılıqları 3 həftə çəkdi - Foto

Ayrılıqları 3 həftə çəkdi - Foto

Türkiyəli 33 yaşlı aktrisa Dilara Aksüyeklə 25 yaşlı həmkarı Onur Bayın ayrılığı qısa çəkib.

Axşam.az xəbər verir ki, 3 həftə öncə münasibətlərini sonlandıran cütlük İstanbulun Cihangir ərazisində əl-ələ görüntülənib.

Qeyd edək ki, sevgililər biri-birilərini sosial şəbəkədə izləmədən çıxarmış və birgə fotolarını silmişdilər. Onların ayrılığına səbəb isə aralarında yaşanan anlaşılmazlıq olmuşdu.

Mənbə: axsam.az