Azərbaycan milli hökumətinin yaşıdı-şairə, inqilabşı Mərziyə Əhmədi Üskui

Azərbaycan milli hökumətinin yaşıdı-şairə, inqilabşı Mərziyə Əhmədi Üskui

Mərziyə Əhmədi Üskui (Dalğa) Cənubi Azərbaycan xalqının bütünlüklə ayağa qalxıb azadlıq uğrunda mübarizə bayrağını ucaldaraq Azərbaycan Milli Hökumətini yaratdığı 1945-ci ildə Təbriz şəhərinin Üsku qəsəbəsində dünyaya göz açıb. Bu elə bir il idi ki, Cənubi Azərbaycanın siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatında çox mühüm dəyişikliklər edən Milli Hökumət kəndliyə torpaq, fəhləyə iş vermiş, kişilərlə qadınların hüquqlarını bərabərləşdirmiş, Azərbaycan dilini rəsmi dövlət dili elan etmiş və xalqın mədəni sərvətlərini özünə qaytarmışdı. Təbrizdə Milli Məclis təşkil etmiş, şəhər və kəndlərdə məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının yaradılması sahəsində çox təsirli tədbirlər görmüşdü. Qısa müddətdə ana dilində nəşrə başlamış bir çox qəzet və jurnallar ətrafına ədəbi qüvvələri toplayaraq bir mərkəz kimi fəaliyyət göstərməyə, Azərbaycan şair və yazıçılarının əsərləri işıq üzü görməyə başlamışdır.

Xalq şairi Xəlil Rza Ulutürkün məşhur "Hara gedir bu dünya" poemasında:

Bu bir il,-
Zülmət dolu kəsafətli illərin
Ürəyində parlayan
Gövhər oldu, zər oldu
- deyə tərifini verdiyi bir ildə gəldi Mərziyə dünyaya.

Bəlkə də o zaman Mərziyəni bu ildə dünyaya gəldiyi üçün xoşbəxt adlandıranlar, ona qibtə edənlər də oldu. Bəlkə də Mərziyə bu ildə doğulduğu üçün idi ki, həyatının bütün sahələrində çox fəal olmuşdu, fəaliyyətsizliyi sevmirdi, durğunluq ona yad idi.

Elə ona görə də:
Varlığımız çalışmaq, yoxluğumuz dayanmaq- deyirdi.

Əgər 1946-cı ildə Azərbaycan Milli Hökumətinin qısa müddətdə əldə etdiyi böyük nailiyyətlər mərkəzi hökumət və onun başçısı Məhəmməd Rza şah ilə bərabər İkinci Dünya müharibəsindən sonra İranda öz nüfuzunu gişləndirməyə çalışan Amerika və ingilis imperialistlərinin narahatlığına səbəb olduğu üçün 1946-cı il dekabrın 11-də daxili irtica və xarici imperialistlərin qüvvələri (Amerika və ingilis silahlıları) birləşərək özünün ilk xeyirxah addımlarını atan bu hökumətin üzərinə hücuma keçib onu darmadağın etməsəydi Mərziyə bəlkə də sonralar onun ən fəal üzvlərindən biri olardı və həyatını xalqın azadlığı, yaşaması, dili uğrunda mübarizəyə deyil, onun rifahı naminə quruculuq işlərinə həsr edərdi.

Mərkəzi hökumət ilə Azərbaycan Milli Hökuməti arasında bağlanmış müqavilənin şah tərəfindən ayaqlar altına atılması Təbrizdə misli görünməmiş qətl, qarət və edama səbəb olmuşdu. Ölkədə yaranmış o dövrün ağır və dözülməz vəziyyətinin ədəbi mənzərəsini şair Məhəmmədəli Səffət belə canlandırırdı.

Kül olub xar ilə həmdəm,

gülşəni yadlar tutub,

Hey düşündükcə bu halı

ah-fərhad eylərəm.

Hər gələn bir növ ilə

viran edir bu ölkəni,

Bir həya etməz, deyər:

mən mülkü abad eylərəm.

Bu dövrdə fədailər amansızcasına güllələnir, Azərbaycan milli hərəkatında iştirak edənlər, hökumət üzvləri və ailələri qanunsuz və məhkəməsiz ölkənin yaşayış üçün əlverişsiz olan məntəqələrinə sürgün edilirdilər. Azərbaycan dilində kablar tonqallarda yandırılırdı.

Xalq yazıçısı, akademik Mirzə İbrahimov "Cənubi Azərbaycanda Milli demokratik hərəkat haqqında" (1947) məqaləsində bu dövrün səciyyəvi cəza tədbirlərindən bir çox qəlb sızıldadan misallar gətirmişdir. Xoyda fəal demokrat İsmailin vəhşiyanə surətdə öldürülməsi, Mərənddə Demokrat Firqəsi rəhbərlərindən 60 yaşlı bir qocanı arabaya qoşaraq peyin daşıtdırıb və insaniyyətini irmiş gədə-güdəni onu tüpürcəyə basmağa təhrik edilməsi, Dövlət prokuroru Firudin İbrahiminin satqın adamlar tərəfindən ələ verilməsi, Azərbaycan Milli Hökumətinin Poçt və Teleqraf vəziri, geral Kəbirinin Təbriz küçələrində gəzdirilib daşa basılması və sonra Marağaya aparılaraq orada dar ağacından asdırılması, şücaətli Şahsevənqızı Səriyyənin beş gün tək canına mühasirədə müqavimət göstərdikdən sonra vədə ilə səngərdən çıxarılıb namərdcəsinə qətlgaha göndərilməsi minlərlə faktın çox cüzi hissələridir.

O zaman heç kəsin ağlına belə gəlməzdi ki, bu günün kiçik Mərziyəsini də gələcəkdə belə bir aqibət gözləyir.

Ölkədə yaranmış ağır terror və təqib şərai şair və yazıçıların da gələcək yolunu müəyyənləşdirirdi. Onların bir hissəsi məhv, bir hissəsi həbs edilir, sürgünə göndərilir, bir hissəsi isə Vətəni tərk etməyə məcbur edilirdi.

Cənubi Azərbaycanın qocaman şairi Əli Frət zindanda qətlə yetirildi. Fədai şair Yüzbəndinin başı kəsilib, onun yolunu səbirsizliklə gözləyən anasının qucağına atıldı, fəhlə şair Məmmədbağır Niknam evlərinin astanasında güllələndi, Cəfər Məmmədzadə Kasif vəhşicəsinə qətlə yetirildi, Mir Mehdi Etimad həbs edildi. Hilal Nasirinin edamı haqqında fərman verildi, yazıçı Məhəmmədlui-Abbasi ölümcül surətdə bıçaqlandı. Bütün bunlar bu dövrdə təsadüf edilən adi hallar idi. Gələcəyin müəllimi, şairi, yazıçısı olacaq Mərziyə o zaman uşaq olsa da, artıq bu hadisələr onun da gələcək həyat yolunu müəyyənləşdirirdi. Mərziyə kasıb bir kəndli ailəsində dünyaya gəlmişdi. O, hələ kiçik yaşlarında ikən atası ilə birlikdə təsərrüfat işlərinə gedərdi. Ailəsi də daxil olmaqla əməkçi insanların ağır iş şəraini, bütün günü çalışmalarına baxmayaraq qazanclarının cüzi hissəsinin ödənildiyini, insani hüquqlarının tapdalandığını öz gözləri ilə görürdü.

Bundan daha artıq heç olurmuydu çalışmaq?
Hər ildə qabıq qoydum ilantək, hər il ancaq,
Qaldım quru yerdə yə möhtac, yə çılpaq.
Gülmür bizə bu çərx, bu dövran, sənə qurban,
Səbrim tükənib, bağrım olub qan, sənə qurban.

Görkəmli şairimiz Abdulla Şaiqin "Əkinçi və xan" şeirindən olan bu misralarda əks etdirilən kəndli həyatını Mərziyə də, onun ailəsi və həmvətənləri də yaşamağa məhkum edilmişdi.

Mərziyə uşaq ağlı ilə bunları mənalandıra bilməsə də artıq onda bu quruluşa qarşı nifrət qığılcımları alovlanmağa başlayırdı. Tələbə olduğu illərdə, müəllim işlədiyi dövrlərdə gördüyü haqsızlıqlar, insanların öz hüquqlarından məhrum edilməsi Mərziyəni inqilabi fəaliyyətə cəlb etmişdi. O, insanın öz doğma dilinin ona qadağan edilməsi kimi böyük bir faciə ilə barışa bilmirdi. Axı insan öz dili, Vətəni ilə tanınır, kimliyini təsdiq edir. O, Vətən qədər müqəddəs olan ana, ata kəlmələrinin yalançı dildə səslənməsini qəbul etmirdi:

Niyə mənim anam "madər",
Atam "pədər" olsun?
Bu dolaşıq ticarətdə
Niyə mənim doğmalarım
Özgəsinin torpağında hədər olsun?
Niyə yadın bəhməzinə bal deməli?
Öz aşıma "yal" deməli?
Niyə mənim ana dilim
Gəlmə dilin qabağında
Tim-tim trəməli?
Niyə doğmam yad olmalı?
Öz sözlərim öz dilimdən qovulmalı?

Xalq şairi Bəxtiyar Vahabzadənin də "Ana dilim" şeirində səslənən bu niyələr Mərziyənin bütün rahatlığını əlindən almışdır: "O, keçmişi möhtəşəm", "vuruşlarda bir qəhrəman", "barışlarda həlim" olan dilinin indisinin "tapdanıb ovulması"na dözə bilmirdi.

Mərziyə məktəbdə dərs dediyi şagirdlərinə bütün qadağalara rəğmən ana dilini sevdirməyə çalışır, onları mütilikdən uzaqlaşdırır, cəsarətlilik, mübarizlik ruhunda tərbiyə edirdi.

Xalq şairi Bəxtiyar Vahabzadə "Mərziyə" poemasında Mərziyənin öz amalı uğrunda mübarizəsini əyani surətdə onun əməllərində göstərir. Mərziyə dərs dediyi uşaqlara Abdulla Şaiqin uşaqlarda təbiətə, heyvanlara məhəbbət hissi oyadılmasında rolu olan "Keçi" şeirini öyrədir. Lakin o, şeiri insan-təbiət kontekstində deyil, insan-cəmiyyət münasibətləri kontekstində təqdim edir, ona siyasi motiv aşılayır. Vətəni müstəmləkə əsarəti altında olan uşaqlarda mübarizə əhval-ruhiyyəsi yaradır.

Bir qurd çıxsa qarşına,
Sən nə edərsən ona?
Burda şeiri qırardı,
Başqa cür qurtarardı:
Var gücümü toplaram,
Buynuzumu o qurdun
Sinəsinə saplaram.

 

Mərziyə bir gün işıqlı fikirlərinin körpə fidanlara da çatacağına, hamının birləşib yaxşı həyat uğrunda mübarizəyə qoşulacağına əmin idi.

M.Üskui Vətənin taleyinin vətəndaş düşüncəsinə bağlı olduğunu gözəl başa düşürdü və bilirdi ki, Vətəni yalnız yüksək düşüncə ilə müstəmləkəçilikdən xilas etmək olar.

Zaman keçdikcə onun sinfi dünyaya, insanları rəzalətdə saxlayan tacidarlara qarşı qəzəbi daha da artmışdır. Xalqının müstəmləkə şəraində yaşaması, adi insani hüquqlardan məhrum olması, Mərziyəni inqilabi fəaliyyətini gişləndirməyə vadar etmişdi. O, 1971-ci ildə Tehran Pedaqoji İnstutunda şahlıq istibdadı və onun qanunları əleyhinə yaranmış tələbə hərəkatına qoşulmuş və hərəkata başçılıq etmişdir.

Tələbələrin içərisində cəsarətli və fəal təşkilatçılığı ilə böyük şöhrət qazanan Mərziyə hərəkatdakı fəaliyyətinə görə həbs edilmişdir. O, işgəncələr və sorğu-suallar qarşısında əyilməmiş, sınmamış, öz qürurunu, şərəfini uca tutmuş, dostlarını ələ verməmişdir. Həbsdən qurtulub doğma yurduna qayıtmışdır.

Şair ruhlu azərbaycanlı qızı bu illərdə ədəbi-bədii yaradıcılıqla daha gərgin məşğul olmuş, bir sıra şeir, hekayə və xatirələrini qələmə almışdır.

Tehranda, Təbrizdə şahlıq istibdadı əleyhinə xalq hərəkatı gücləndikcə Mərziyədə inqilaba qoşulmaq meyli daha da artmış və o, yidən Tehrana qayıtmış SAVAK-a, gizli polisə qarşı şiddətlənməkdə olan silahlı mübarizə sıralarına qoşulmuşdur. İranın ictimai-siyasi həyatının ən böhranlı çağlarında Mərziyənin açıq və cəsarətli çıxışları onun xalqa ürəkdən bağlılığından, böyük vətənpərvərliyindən irəli gəlirdi.

1973-cü ildən peşəkar inqilabçı kimi gizli həyat sürmək məcburiyyəti qarşısında qalan Mərziyə fəal dostlarıyla birlikdə şah məhbəsinə atılmışdır.

Yurdun kişiləri
Ölüm qorxusundan çəkinərkən
Sən ölümə "gəl, gəl" dedin,
Zindan çarmıxında inləmədin.

(Sabir Rüstəmxanlı."Hər kəs Günəşi sevsə")

Gənc qəlbini xalqının, dilinin azadlığı uğrunda şam kimi şölələndirən Mərziyə Üskui 1974-cü il may ayının 6-da polislə silahlı toqquşma zamanı amansızcasına öldürülmüşdür.

Xalq yazıçısı, akademik Mirzə İbrahimov 1988-ci ildə qələmə aldığı "Ümid və kədər poeziyası" məqaləsində yazır:

"Kasıb kəndli ailəsindən çıxmış Mərziyə xanım Üskuinin taleyi faciəlidir. Onu Cənubi Azərbaycanın kəndlərindən birində polislə silahlı mübarizədə tutub zindana salmış, ağlasığmaz işgəncələr verərək yoldaşlarının adını və yerini soruşmuşlar, lakin bu cəsur, mərd qız "yox" deyib durmuşdu. O, qəhrəmancasına həlak olmuşdur".

Düşmən elə bildi ki, bu atəşlər altında
Əbədilik söndü O.
Bilmədi ki, kök atmış bir çinara döndü O.
Ucaldı budaq-budaq, çoxaldı yarpaq-yarpaq,

Boylandı doğma yurdun ulduzlu sinəsinə,
El üçün, Vətən üçün neçə şeir böyütmüş
Bir şairə - bir ana,
Ucaldı vərəq-vərəq Vətənin səmasına...

(Balaş Azəroğlu."Şairə Mərziyə Üskui")

M.Üskuinin evi səngər, sevgilisi silah, qucağının körpəsi tüfəng olmuşdur. Onun məhəbbət söyləmək, layla demək üçün yaranan dodaqları insanları mənfur şahlıq rejiminə qarşı üsyana çağırmışdır.

M.Üskui ilə yaxından tanış olan, elə ilk görüşdən onun səmimiyyətinə, rəftarına vurulan Siddiqə Fərasət yazır: "Mən bilmirdim O, silahlı mübarizənin, atəşin tərəfdarıdır. O, çox mətin və qorxu bilməyən bir adam idi, həmçinin tədbirli, hərəkətlərində, baxışlarında ardıcıl və yüksək bilik səviyyəsinə malik bir mübariz idi".

Bu gün üçün də aktual olan, insanları inqilaba, azadlıq uğrunda mübarizəyə səsləyən M.Üskui əsərlərinin bir çoxunu 1946-cı ildə Azərbaycan dilindəki kabları yandırdığı üçün bütün mütərəqqi insanların hiddətinə səbəb olan polis yə də çirkin əməllərini davam etdirərək məhv etmiş, bir sırası isə ib batmışdır.

Əli çatmadığıyçın düşmənlərin özünə,
Ölüm hökmü vermişdi hər şeirinə, sözünə.

(Balaş Azəroğlu."Şairə Mərziyə Üskui")

Mərziyə Əhmədi Üskuinin bizə gəlib çatan əsərləri az olsa da az sözlə çox şey deyə bilən bu qələm sahibi haqqında fikir söyləmək çətin deyil.

Cənubi Azərbaycanın tanınmış tədqiqatçılarından olan Mehdi Pənahi M.Üskuinin həyat və yaradıcılığı haqqında yazdığı "Dalğalar qoynunda" məqaləsində onun hansı nəsillərə mənsub olduğunu oxucularına anlatmaq üçün bir neçə görkəmli Azərbaycan qadınının həyatından bəhs edir.

"Tarixdə "El anası" ünvanı ilə şöhrət tapmış Burla Xatun, Koroğlunun cəsur, ağıllı, tədbirli ömür-gün dostu Nigar xanım, düşmənlərə qarşı Qaçaq Nəbi ilə çiyin-çiyinə səngərlərdə döyüşən və göstərdiyi hünərlərlə xalqın mübarizə tarixinə şanlı səhifələr yazan Həcər xanım, həyatının son dəqiqələrinə qədər xalqının azadlığı uğrunda döyüşməyi ömrünün mənası hab edən Şahsevən qızı Səriyyə...

Mərziyə Üskui məhz bu nəsillərin yadigarı, onların tarixdə göstərdikləri hünər və qəhrəmanlığı öz varlığında yaşadan döyüş, mübarizə və qələm sahibidir".

Mərziyə Üskuinin həm qara qələmi, həm də al qanı ilə yazdıqları xalqımızda və eləcə də bütün türk xalqlarında ona qarşı sonsuz məhəbbət qazandırmış, əziz xatirəsini yaddaşlarda əbədiləşdirmişdir.

Lətifə Mirzəyeva

Mənbə: olaylar.az