Yaddaşının 35 faizini irdi, istedadı üzə çıxdı - Dahi bəstəkar oldu

Bir gün səhər yuxudan oyandığınızı və heç bir əlaqəniz olmamasına rəğmən, bir musiqi dahisi olduğunuzu düşünün. Demək olar ki, böyük əksəriyyətimiz həyatımızda bu cür möcüzə ilə üzləşmirik.

“Sherg.az” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, belə bir hadisə 2006-cı ildə Amerikada baş verib. Derek Amato adlı bir şəxs çimmək üçün hovuza atılarkən su az olduğu üçün başı hovuzun dibindəki mərmərə çırpılıb. Aldığı zərbədən ağır travma alıb və güclü sarsıntı keçirib.

Baş verən acı olaydan sonra Derek saçlarının bir hissəsini və yaddaşının 35 faizini irib. Lakin işin möcüzəli tərəfi odur ki, Derek aldığı travmadan sonra anidən bir çox insanın ömrünü həsr etdiyi, illərlə çalışaraq nail olduğu bir istedad qazanıb. Amato bir-birdən özünü musiqi dahisi, bəstakar kimi hiss edib: “Gözlərimi yumarkən soldan-sağa hərəkət edən qara və ağ işarələr gördüm. Bunlar davamlı düşüncəmdə olan və gözümün önündə axan musiqi notları idi”.

Qısa müddət sonra Derek ABŞ-ın ən tanınmış bəstəkarına çevrilib və həyatını musiqiyə həsr edib. Həkimlər bunu “qazanılmış musiqi savant sindromu” izah ediblər. Ancaq maraqlıdır ki, tarix boyu Derek kimi qəfil musiqi istedadı qazanan heç kimə rast gəlinməyib. Amato bu sahədə yeganə insandır.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Gürcüstanla enerji sahəsində əməkdaşlığı gücləndirir

SONRAKI XƏBƏR

2000 yaşlı cəsədin damarlarında qan... - Alimlər şokda