“Ağ və Qara” tamaşası onlayn nümayiş olunacaq

Martın 12-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Ağ və Qara” tamaşası nümayiş ediləcək. SİA-nın məlumatına görə, səhnə əsərini səhnələşdirən və quruluşçu rejissoru Kamran Şahmərdan, rəssamı Tatyana Melnikova, Azərbaycan dilinə tərcümə edəni Dilsuz Mustafayevdir.

Kamran Şahmərdanın “Ağ və Qara” pyi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulan tamaşada gözləri tutulmuş uşağın taleyindən, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qüvvələrə rast gəlməsi və hacıleylək, balıq, külək tərəfindən mühafizə səhnəsi təsvir olunur.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında yayımlanacaq.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Tural Abbaslı “Lider TV”-də baş verən insidentin əsl səbəbini açıqladı: “O sizin rəisinizdir, bizim yox”

SONRAKI XƏBƏR

Naxçıvanda deputatların 24 faizi qadınlardır - STATİSTİKA