Tural Abbaslı “Lider TV”-də baş verən insidentin əsl səbəbini açıqladı: “O sizin rəisinizdir, bizim yox”

Hadisə təxminən bir həftə öncə baş verib. Əslində böyük bir insidt deyildi. “Lider Tv”-nin rəhbərinin köməkçisi var. O bizim üzərimizə gəldi ki, niyə telekanalın rəhbəri haqqında hansısa fikirlər səsləndirmisiz”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında “Ağ Partiya” sədri Tural Abbaslı səsləndirib: “Biz onu başa saldıq ki, kanal rəhbəri haqqında fikir bildirməmişik. İkincisi də “o sizin rəisinizdir, bizim yox” –dedik. Binanın isə onlara aid olmadığını və ev sahibliyi edə bilməyəcəklərini vurğuladıq. Özünüzün icarəyə götürdüyünüz mərtəbələrə cavabdehlik edin, digərlərinin sizə aidiyyatı yoxdur”.

Tural Abbaslı əlavə edib ki, insidt avtomobilin həmin binanın həyətində saxlanılmasına görə baş verib: “Oranın əməkdaşları bildirdilər ki, burada maşın saxlamağa rəisləri icazə vermir. Biz də bildirdik ki, binanın həyəti təkcə telekanala aid deyil. Bundan sonra üzərimizə gəldilər ki, niyə bizim rəhbərlik haqda tənqidi fikirlər səsləndirirsiniz. Onlara məsələnin mahiyyətini başa saldığımız müddətdə bir balaca insidt yaşandı, səslər yüksəldi, gərginlik yarandı. Amma ümid edirəm ki, onlar öz səhvlərini başa düşdülər. Lazımı dairələrə də insidt barədə məlumat vermişəm. Belə məsələlərin Partiyaların normal fəaliyyətinə maneə törətdiyini qeyd etdim. Ondan sonra heç bir insidt qeydə alınmayıb. Fəaliyyətimizi normal şəkildə davam etdiririk”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU

SONRAKI XƏBƏR

“Ağ və Qara” tamaşası onlayn nümayiş olunacaq