Türkiyənin məşhur aktyoru infarkt keçirdi

Türkiyənin məşhur aktyoru infarkt keçirdi

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkin infarkt keçirib.

KONKRET.az xəbər verir ki, 62 yaşlı aktyor xəstəxanaya yerləşdirilib.

 

Orada həkimlərin müdaxiləsi nəticəsində Rasim Öztəkinin vəziyyəti normallaşıb.

O daha sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasına yerləşdirilib.

Rasim Öztəkinin səhhətinin yaxşılaşdığı bildirilib.

Qeyd edək ki, o, Türkiyənin “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan da tanışdır.

Mənbə: konkret.az