SSRİ Xalq artisti Dmitri Başkirov vəfat edib

SSRİ Xalq artisti Dmitri Başkirov vəfat edib

Sovet pianoçusu, pedaqoq, Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq artisti Dmitri Başkirov 90 yaşında vəfat edib.

Qazet.az-ın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə skripkaçı Lev Markiz məlumat verib.

Başkirov 1931-ci ildə Tbilisidə anadan olub. O, 1950-ci ildə Moskvaya köçüb və Moskva Konservatoriyasında müəllim kimi işləyib. 1980-ci illərin sonlarında Başkirov Madridə köçüb və 25 ildən uzun müddət Madriddəki Ali Musiqi Məktəbinin fortepiano şöbəsinə rəhbərlik edib.

1990-cı ildə Dmitri Başkirov SSRİ Xalq artisti adına layiq görülüb.

Mənbə: qazet.az