Ceff Bezosun arvadı müəllimə ərə getdi - Foto

Ceff Bezosun arvadı müəllimə ərə getdi - Foto

Ötən il dünyanın ən varlı adamı Ceff Bezosdan boşanaraq külli miqdarda təzminat alan MacKenzie Scott yenidən ərə gedib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, MacKenzie övladlarının müəllimi Cuetlə ailə həyatı qurub. Bu haqda Skott “Dünyanın ən cəsarətli və mədəni insanı ilə evləndim” - deyərək, açıqlama verib. Onlar MacKenzienin uşaqlarının təhsil aldığı “Lakeside” adlı məktəbdə tanış olublar.

Qeyd edək ki, hazırda Scottun 53 milyard dollar sərvəti var və o, keçmiş əri Ceff Bezosun sahibi olduğu "Amazon" şirkətinin yüzdə 4 hissədarıdır.


Mənbə: axsam.az