Özcan Dənizin həbsi istənilir

Özcan Dənizin həbsi istənilir

Məşhur müğənni Özcan Dənizin keçmiş xanımı Feyza Aktanı döyməsi iddiası üzrə aparılan istintaq başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Ö. Dəniz haqqında F. Aktanı yaralaması ittihamına görə 6 aydan 1 ilə 6 aya qədər həbs tələb edən iddia qaldırıb.

İddianamədə Aktanın keçmiş həyat yoldaşı Dənizin 3 il əvvəl Sarıyerdəki evlərində onu yumruqlamasına baxmayaraq şikayət etmədiyi yer alıb.

O, peşman olduğunu söyləyən Dənizdən şikayətçi olmadığını, üçüncü şiddətin Almaniyada baş verdiyini qeyd edib.

 

Mənbə: qafqazinfo.az