Sevdanın Amerika arzusu reallaşmadı - VİDEO

Sevdanın Amerika arzusu reallaşmadı - VİDEO

Müğənni Sevda Yahyayeva baş tutmayan istirahəti ilə bağlı danışıb.

News24.az xəbər verir ki, ifaçı bu il Amerika səfərinin alınmadığını bildirib: "Yay tətilidir, hər kəs istirahətə gedir. Çox təəssüf ki, mən hələ də istirahət edə bilməmişəm. İyul ayında Amerikaya getmək barədə düşünürdüm, lakin rəfiqəmin işləri olduğu üçün səfərimiz alınmadı. Yəqin ki, yaxın yerlərə gedəcəyəm. İzmirdə olmamışam. Alınsa istirahətimi İzmirdə edəcəyəm".

Söz-söhbət uzaq gəzən ifaçı, qalmaqalların kənardan heç də yaxşı görünmədiyini deyib: "Qalmaqal mənə yad haldır. Düzdür, bəzən insan istəmədən qalmaqala düşür. Sadəcə kənardan xoş təsir bağışlamır. Münasibətlərin korlanmağı, küsülülüklər adama xoş gəlmir".

Video: Fərid ŞABANOV

 

Mənbə: news24.az