Aparıcıdan etiraf: Hotellərdən “domaşnik”ləri çırpışdırıram

Aparıcıdan etiraf: Hotellərdən “domaşnik”ləri çırpışdırıram

Teleməkanın tanınmış aparıcısı Azər Qərib şəxsi “İnstagram” hesabında gündəmə səbəb olan paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Oxu.Az xəbər verir ki, A.Qərib təyyarədən yayımladığı fotoda hotellərdən oğurluq etdiyini yazıb:

“Sizi bilmirəm, mən həmişə hotellərdən “domaşnik”ləri (tərlik - red.) çırpışdırıram, bunu da aparacağam. Əvvəla, xalatdan, dəsmaldan, ədyaldan, televizordan fərqli olaraq, “domaşnik”ləri aparmaq günah deyil. O, sırf sizindir, otağa qoyulan andan artıq sərfiyyata silinib, həm də ki, bağda filanda lazım olur.

Hətta hotellərin özləri bu “oğurluğu” dəstəkləyirlər, çünki əlavə reklamdır”.

 

 

Sizi bilmirəm, mən həmişə otellərdən damaşnikları çırpışdırıram, bunu da aparacam. Əvvəla, xalatdan, dəsmaldan, adiyaldan, televizordan fərqli olaraq, damaşnikları aparmaq günah deyil, sırf sizindir, otağa qoyulan andan o, artıq sərfiyata silinib, həm də ki, bağda filanda lazım olur. Hətta, otellərin özləri bu "oğurluğu" dəstəkləyirlər, çünki əlavə reklamdı. Tak şto, ürəkli olun...

Публикация от Azer Garib (@azergarib) 18 Июн 2019 в 1:24 PDT

Rəşad Əliyev

Mənbə: www.oxu.az