Bekhem yenə azyaşlı qızını dodağından öpdü, qınandı - FOTO

Bekhem yenə azyaşlı qızını dodağından öpdü, qınandı - FOTO

Keçmiş futbolçu Deyvid Bekhem Instagram paylaşımı ilə yenidən qalmaqal yaradıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, o, yenə azyaşlı qızı Harper-i dodağından öpərkən çəkilən fotosunu şəxsi Instagram hesabında yayıb.

Foto İspaniyada istirahətdə olan zaman çəkilib.

44 yaşlı futbolçu ötən il və bir neçə gün əvvəl də belə paylaşım etdiyinə görə qınanmasına əhəmiyyət vermədən yenidən bu hərəkəti təkrarlayıb.

Hazırda həm də model kimi fəaliyyət göstərən Deyvidin paylaşımı birmənalı qarşılanmayıb.

Fuad
Milli.Az

Mənbə: news.milli.az