Qarabağ həqiqətləri ilə bağlı çəkilən film Avropada nümayiş olunacaq

Qarabağ həqiqətləri ilə bağlı çəkilən film Avropada nümayiş olunacaq

Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə qədər bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran “Son nəfəsədək” bədii filmi İsveçin Krallığının Göteborq şəhərində nümayiş olunacaq.

Bu barədə məlumatı Cebhe.info-ya diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, film 23 iyun 2019-cu il tarixində saat 18:00-da İsveçin Krallığının Göteborq şəhərində soydaşlarımız tərəfindən nümayiş olunacaq: “Əsas təşkilatçı İsveçin Göteborq şəhərindən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İdman Dərnəyidir. Filmin nümayişi üçün “Haqa Bio” kino zalı icarəyə götürülüb. Nümayişə İsveç Azərbaycan Evi dəstək verəcək. Əsas məqsəd İsveçdə yaşayan soydaşlarımız arasında milli birliyin güclənməsi, gənclər arasında vətənpərvərlik ruhunun inkişafıdır”.

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da Son nəfəsədək (film, 2018) haqqında məqalə yaradılıb.

Aydın
Cebhe.info

 

Mənbə: cebhe.info