“Həsrətini çəkdiyim günlərimi yaşamaq gözəldir”

“Həsrətini çəkdiyim günlərimi yaşamaq gözəldir”

Prodüser Təranə Səmədova həbsdən çıxandan sonra bir müddət geri çəkilsə də, normal həyatına geri dönüb.

Axşam.az xəbər verir ki, o, ötən günlərdə qızı Suellə şəhər gəzintisinə çıxıb. Səmədova bu barədə sosial media hesabında fotolar paylaşaraq, məlumat verib.

“Həsrətini çəkdiyim günlərimi yaşamaq necə də gözəldir. Suelimlə hər günüm daha gözəl, ilıq və şirindir” deyə, Təranə yazıb.

Qeyd edək ki, prodüser bir il müddətinə həbs olunmuşdu. Lakin o, 6 ay 6 gün sonra cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Mənbə: axsam.az