Bekhemin oğlu “Vogue” jurnalı üçün nişanlısının şəkillərini çəkdi: Anasının paltarlarında – FOTO

Tanınmış futbolçu Devid Bekhemin böyük oğlu Bruklin “Vogue” jurnalının Almaniya versiyası üçün fotosessiya hazırlayıb.

Bu barədə o, “Instagram” səhifəsində paylaşım edib.

Fotosessiya üçün model qismində isə Bruklinin nişanlısı Nikola Pelts çıxış edib.

O, gələcək qayınanası, müğənni-modelyer Viktoriya Bekhemin yaz-yay kolleksiyasına aid olan geyimlərindən istifadə edib.

Qeyd edək ki, 22 yaşlı Bruklin ilə 26 yaşlı Nikolanın nikahı pandemiya səbəbindən təxirə salınıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qafan yolunda erməni maşınına daş atacaq adam yoxdur

SONRAKI XƏBƏR

Gürcüstan Ukraynaya dəstək verməyə hazırlaşır