Ledi Qaqa məşhur şampan şərabının siması oldu – FOTO

Tanınmış şampan istahsalçısı “Dom Pérignon” yeni reklam kampaniyasına start verib.

Ledi Qaqa şirkətin yeni siması qismində çıxış edib. Məşhur ifaçı müvafiq foto və video materialları özünün “Instagram” hesabında paylaşıb.

Reklam kampaniyası “Yaradıcı azadlıq gücdür” şüarı altında keçirilir.

Çəkilişlər britaniyalı fotoqraf Nik Nayt tərəfindən aparılıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Dünyada milyarderlərin yeni paytaxtı ortaya çıxıb

SONRAKI XƏBƏR

Yeni Zelandiya yaxınlığında 5,6 bal gücündə zəlzələ olub