Məşhur serialın aktyoru vəfat etdi

“Tvin Pinks” serialının aktyoru Uolter Olkeviç vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə 71 yaşlı aktyorun oğlu məlumat yayıb.

O bildirib ki, son illərdə dizindən keçirdiyi uğursuz əməliyyatlardan sonra aktyor gəzə bilmirdi və yataq şəraitində yaşayırdı.

Qeyd edək ki, U.Olkeviç "Qreys alovun içindədir" və "Müştəri" kimi filmlərdə də rol alıb.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Şirvanda avtomobil divara çırpılıb, sürücü ağır xəsarət alıb

SONRAKI XƏBƏR

Cəlilabadda yük və minik avtomobilləri toqquşdu - FOTO