Bu məşhurlar hazırda tamam fərqli sahədə işləyirlər - FOTOLAR

Bu məşhurlar hazırda tamam fərqli sahədə işləyirlər - FOTOLAR

Vaxtilə şöhrətin zirvəsində olan bir çox aktyorlar hazırda sənətdən uzaqlaşaraq adi işlərlə məşğul olurlar, Bəziləri rəssamlıq, bəziləri xeyriyyəçilik edir, bəziləri şəxsi bizneslə məşğuldurlar.

BiG.AZ xarici mətbuata istinadən oxuculara həmin məşhurlardan bəzilərini təqdim edir.

Cim Kerri

"Maska" və digər komedia filmləri ilə tanınan məşhur aktyor Cim Kerri hazırda rəssamlıqla məşğuldur. O, artıq 6 ildir ki, bu işə özünü həsr edib. Onun hətta Las-Veqasda sərgisi mövcuddur.

Çak Norris

Daha bir məşhur aktyor Çak Norris hazırda yalnız aktyor deyil, eyni zamanda "Kickstart Kids" fondunu yaradıb. Fondun məqsədi şagirdlərə xarakter qurma dəyərlərini öyrətmək üçün karatedən istifadə etməyi öyrətməkdir.

Sara Mişel Gellar

"Buffy the Vampire Slayer" ("Baffi - vampirlərin qənimi") filmiylə tanına Sara Mişel Gelların hazırda şəxsi biznesi var. O, "Foodstirs" şirkətinin rəhbəridir və hazırda kulinariya kitabı üzərində işləyir.

Kris Ouen

"Amerika piroqu" filmində "The Sherinator" roluyla tanınan Kris Ouen. aktyorluq karyerasını davam etdirmək istəsə də, böyük rolları olmayıb. Özünü dolandırmaq üçün aktyor ofisiant işləyir.

Cek Qlison

"Taxt-tac oyunu" adlı ən nəhəng TV-şouda böyük rol alan Cek Qlison aktyorluqdan imtina edərək təhsilə yönəlib və Triniti Universitetində oxumaq qərarına gəlib.

Kameron Diaz

"Maska" filmindəki rolu ilə kişilərin "ağlını başından alan" Kameron Diaz, həmçinin, sağlamlıq və uğur haqqında kitabların müəllifidir. 2017-ci ildə o, aktrisalığı tərk etdiyini bildirib və orqanik şərab istehsal edən "Avaline" şirkətini yaradıb.

Coan Ketlin Roulinq

"Harry Potter" əsərini yazmaqla tarixə düşən Coan Ketlin Roulinq dünyanın ən varlı insanlarındandır. Xeyriyyəçiliklə məşğul olur. Hazırda "Gingerbread" təşkilatının direktorudur və uşaqlarını tək böyüdən valideynlərə yardım edir. Hələ də yazıçılıqla məşğul olsa da, boş vaxtının əksəriyyətini xeyriyyə işlərinə həsr edir.

Dueyn Conson

Həm güləş, həm də aktyorluq karyeraları ilə tanınan Dueyn Conson idman geyimləri də buraxır. Onun ən son geyim kolleksiyası "Project Rock" adlanır.

Stiven Siqal

Daha bir məşhur "Hollivud" ulduzu Stiven Siqal, həmçinin, rejissor, prodüser, bəstəkar, şerif, ssenarist və döyüş ustasıdır. O, özünün realiti-şousunu yaradıb, lakin şou başlanandan qısa müddət sonra ləğv edilib. Qanunla bağlı bəzi problemlərə baxmayaraq, Stiven Siqal Rusiya ilə ABŞ arasında humanitar məsələlər üzrə xüsusi nümayəndə təyin edilib.

Makaley Kalkin

"Evdə tək" filmindəki 8 yaşlı uşağı tanımayan olmaz. Bu rolundan sonra aktyorluqda bəxti gətirməsə də, Makaley Kalkin bəzi reklamlarda çəkilir. Hazırda isə Kalkin komediya rok qrupu yaratmağı düşünür.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az