Valeri Meladzenin 6-cı övladı dünyaya gəldi

Rusiyanın Əməkdar artisti Valeri Meladzenin qızı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə İnstaqram səhifəsində yazıb. Onun sözlərinə görə, qızı aprelin 12-də dünyaya gəlib.

“Bu yaz həyatımıza parlaq günəş və böyük sevinclə daxil oldu. Albina, səni sevirəm! Bu ecazkar dünyanı təzədən yeni bir insanla öyrənəcəyik. Apreli çox sevirəm. Özüm də bu ay dünyaya gəldiyim üçün aprel insanları mənə daha yaxındır”, - deyə Meladze yazıb.

O, qızının adını açıqlamayıb.

Qeyd edək ki, müğənni Albina Canabayeva ilə 2004-cü ildə ailə quran Valeri Meladzenin bu nikahdan Konstantin və Luk adlı daha iki oğlu var. Meladzenin 1989-2012-ci illərdə evli olduğu İrina Meladzedən isə üç qızı dünyaya gəlib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin keçmiş baş naziri vəfat etdi

SONRAKI XƏBƏR

İbrahimoviç futboldan kənarlaşdırıla bilər