Xalq artistindən ürəkdağlayan sözlər:"Kədərli günlərimi yaşayıram"

Xalq artistindən ürəkdağlayan sözlər:"Kədərli günlərimi yaşayıram"

Bir müddət öncə xalq artisti Nazpəri Dostaliyevanın oğlu Əli 41 yaşında, infraktdan dünyasını dəyişdi. Bu qəfil ölüm xəbəri bütün sənət dünyasını dərindən sarsıtdı. Sonralar Nazpəri xanımı İnstaqram səhifəsində paylaşım edərək kədərini dilə gətirdi.

“Sherg.az” olaraq xalq artistinin özü ilə əlaqə saxlayıb, həm baş sağlığı verdik, həm də təsəlli olmağa çalışdıq. Sənətkar çətin günlərində onunla maraqlananları yada saldı:

“Bütün insanlara minnətdarlığımı bildirirəm. Bu dövrdə məni tək qoymadılar. Həm öz Vətənimizdən,həm də Rusiyadan, Alamaniyadan mənə yazıb diqqət göstərənlərə can sağlığı arzu edirəm. Allah razı olsun.

Hələ ki kədərli günlərimi yaşayıram. İndi hansısa bir hissimi açıqlaya bilmərəm. Mən mətbuatdan, media nümayəndələrinin hər birindən razıyam. Hamınız baş sağlığı verdiniz.

Baxmayaraq ki pandemiya insanları qorxudub. Amma ürəkdən dərdimə şərik oldunuz”.

Mənbə: sherg.az