Qayınatası Aslışahı qəbul etmir

Qayınatası Aslışahı qəbul etmir

Bir müddət əvvəl ailə həyatı quran Kaan Demirağla Aslışah Alkoçlar İstanbulun Etiler səmitində görüntüləniblər. Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, son zamanlar Aslışahın “İstənilməyən gəlin” olması ilə bağlı xəbərlər yayılıb.

Belə ki, Kaanın atası Hakan Demirağ oğlunun onunla evlənməsinə qarşı çıxıb. Hətta elçilikdə də iştirak etməyib. Onun yerinə Kaan öz yaxın dostunu gətirib. Bundan sonra Aslışahın qayınatası tərəfindən qəbul edilmədiyi haqqında məlumatlar yayılıb.

Jurnalistlər bu haqda Alkoçlara sual ünvanlasalar da, o, cavab verməyib. Bu da Aslışahın "İstənilməyən gəlin" olması xəbərlərini bir daha təsdiq edib.

Mənbə: axsam.az